...

“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı nevroloqu İlahə Əzizova

Cəmiyyət Materials 15 Sentyabr 2020 14:49 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı nevroloqu İlahə Əzizova

Bakı. Trend6

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı nevroloqu İlahə Əzizovanı təqdim edirik.

Dr.İlahə Əzizova Mərkəzi Gömrük Hospitalında mərkəzi və periferik sinir sistemi xəstəliklərinin müalicəsi, baş gicəllənməsi, baş ağrıları, nevropatiyalar, radikulopatiyalar, beyin qan dövranın kəskin və xroniki pozulmaları, meningit, ensefalit, mielit, Alzheymer xəstəliyi, Parkinson xəstəliyi, epilepsiya, miasteniya, sinir sisteminin irsi xəstəlikləri, dağınıq skleroz, yuxu pozulmaları, yaddaş zəifləməsi, təşviş pozuntuları və digər xəstəliklərin müalicəsini həyata keçirir.

Dr. İlahə Əzizova 2013-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 2014-2018-ci illərdə Respublika Klinik Xəstəxanasının ikinci sinir xəstəlikləri şöbəsində rezidentura keçmişdir. Həmçinin, Dr. İlahə Əzizova 2017-ci ildə Türkiyənin Ankara şəhərində Başkent Universitet Hospitalında nevrologiya ixtisası üzrə təkmilləşdirmə kursunda iştirak etmişdir.

Dr.İlahə Əzizova əmək fəaliyyətinə 2019-cu ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasında baş laborant kimi başlayıb. O, 2020-ci ildən Mərkəzi Gömrük Hospitalının Nevrologiya şöbəsində nevroloq kimi çalışır.

Daim öz bilik və bacarıqlarını inkişaf etdirən və öz iş fəaliyyətində nevrologiya səhəsinin yeniliklərini tətbiq edən Dr. İlahə Əzizova Azərbaycanda və xarici ölkələrdə keçirilən müxtəlif beynəlxalq konfranslarda, seminarlarda, təkmilləşdirmə kurslarında iştirak edib.

O, 2017-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində keçirilən II Nevrologiya konqresində, 2019-cu ildə İtaliyanın Milan şəhərində Avropa İnsult təşkilatının V illik konqresində “Azərbaycanda işemik insultun müalicəsi” mövzusunda və Azərbaycanda keçirilən müxtəlif konfranslarda çıxış edib.

Dr.İlahə Əzizova Azərbaycan Nevroloqlarının Milli Assosiasiyası, Avropa İnsult Təşkilatının, Avropa Nevrologiya Akademiyası, Beynəlxalq Başağrı Cəmiyyətinin, Türkdilli dovlətlərinin Beynəlxalq Cəmiyyətinin üzvüdür. Ətraflı məlumat almaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

(012) 404-08-08

Bakı, K.Kazımzadə, 118

#İlahəəzizova #nevroloq #nevrologiya

#həkimlərimizitanıyın #rubrika #sinirsistemi

#MərkəziGömrükHospitalı #CentralCustomsHospital

Məqalədə:
Xəbər lenti

Xəbər lenti