...

Təhsil naziri: Valideynlərdə koronavirus aşkarlandığı halda, onlar öz uşaqlarını məktəbə göndərirlər

Cəmiyyət Materials 30 Sentyabr 2020 17:08 (UTC +04:00)
Təhsil naziri: Valideynlərdə koronavirus aşkarlandığı halda, onlar öz uşaqlarını məktəbə göndərirlər

Bakı. İlhamə İsabalayeva – Trend:

Təəssüf ki, valideynlərdə koronavirus aşkarlandığı halda, onlar öz uşaqlarını məktəbə göndərirlər. Bu da bizim işimizi çətinləşdirir.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, sinfin əyani təhsildən distant təhsilə keçməsinə səbəb olur.

Nazir bəzi insanlara da müraciət edərək qeyd edib ki, əsassız məlumatlar yayaraq, 2 həftədən, ya da 4 həftədən sonra məktəblər bağlanacaq kimi proqnozlar verməklə insanlar arasında çaşqınlıq yaratmaq lazım deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti