...

Təhsil Nazirliyi təhsil müəssisələrinə yeni qəbul olunan tələbələrə müraciət edib

Cəmiyyət Materials 6 Oktyabr 2020 15:23 (UTC +04:00)
Təhsil Nazirliyi təhsil müəssisələrinə yeni qəbul olunan tələbələrə müraciət edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi təhsil müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul olunan tələbələrə müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris (2020-2021-ci) ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 12-dək uzadılıb:

"Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı üçün Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı fəaliyyət göstərir. Göstərilənləri nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyatının aparılması üçün https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunur.

Məlumat üçün bildirək ki, https://e-telebe.edu.az elektron portalı vasitəli ilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti