...

2020-ci il son onilliklərin ən isti ili sırasına daxil ediləcək

Cəmiyyət Materials 6 Oktyabr 2020 16:43 (UTC +04:00)
2020-ci il son onilliklərin ən isti ili sırasına daxil ediləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

2020-ci ilin bütün dünyada son onilliklərin ən isti illəri sırasına daxil ediləcəyi gözlənilir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatı da artıq bu barədə ilkin proqnozunu verib.

M.Həsənov deyib ki, sentyabr ayında Bakıda və Abşeron yarımadasında müşahidə edilən hava temperaturu çoxillik iqlim normasından 1-2 dərəcə yüksək olub. Bakıda sentyabrda orta çoxillik temperatur təxminən 14 dərəcə selsi olduğu halda, bu il temperatur 15-15,5 dərəcə selsi olub.

Direktor müavini əlavə edib ki, 1991-ci ildən, xüsusilə 2010-cu ildən sonra havanın temperaturu ilbəil müəyyən qədər yüksəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti