Bakı. Elçin Mehdiyev - Trend:
Bizim cəbhənin qaynar nöqtələrində əsgərlərimizə yardım edən həkimlərimiz var.
Təəssüf ki, biz bir neçə həkimimizi də itirmişik. Ancaq heç zaman əsgərlərimizi tək qoymayacağıq, daim onların yanında olacağıq.
Trend-in məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva bildirib ki, bu məsələdə cəmiyyət öz dəstəyini göstərməlidir: “İctimai qınaq olmalıdır, özümüzü xəstəlikdən qorumalıyıq ki, ordumuza da dəstək olaq”.