29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür

29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür

Bakı. Trend:

29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür. Bu günlə əlaqədar insultla bağlı suallarımızı Mərkəzi Gömrük Hospitalının həkim-nevroloqu İlahə Əzizova cavablandırıb.

Dr. İlahə Əzizova bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib. 2019-cu ildə İtaliyanın Milan şəhərində Avropa İnsult Təşkilatının V illik konqresində “Azərbaycanda işemik insultun müalicəsi: ESO-EAST və RES-Q qeydiyyatının ilkin nəticələri” mövzusunda çıxış edib. O, beynəlxalq elmi jurnallarda çap olunmuş 6 məqalənin müəllifidir.

Dr. İlahə Əzizova Azərbaycan Nevroloqlarının Milli Assosiasiyası, Türkdilli Dövlətlərin Beynəlxalq Cəmiyyəti, Avropa İnsult Təşkilatı, Avropa Nevrologiya Akademiyası və Beynəlxalq Başağrı Cəmiyyətinin üzvüdür.

- İlahə xanım, bildiyiniz kimi 29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür. Mövzu ilə əlaqədar suallarımızı cavablandırıdığınıza görə öncəliklə Sizə təşəkkür etmək istərdim. Gəlin ilk növbədə izləyicilərimizə insultla bağlı məlumat verək. Ümumiyyətlə insult nə deməkdir?

İnsult – beyin qan dövranının kəskin pozulmasıdır və işemik və hemorragik olmaqla iki tipə bölünür. İşemik insult qan təchizatının çatışmazlığı nəticəsində beyinin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. 24 saat ərzində, kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit, tam keçərsə, bu sindrom tranzitor işemik həmlə (TİH) adlanır. Hemorragik insult isə serebral arteriyanın travmatik mənşəli olmayan partlaması və qanın intrakranial sahəyə axması nəticəsində beyin qan dövranın kəskin pozulmasıdır.

- Bəs doktor ümumiyyətlə bu xəstəlik dünya əhalisi arasında nə dərəcədə yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatına əsasən, hər il 15 milyon insan insultdan əziyyət çəkir, onlardan 5 milyonu dünyasını dəyişir, digər 5 milyonu isə ömürlük əlil qalır. İnsultların 87%-ni işemik insult təşkil edir. İnsult dünyada ölüm səbəbləri sırasında 2-ci yeri tutur. Amerika Birləşmiş Ştatlarda hər 40 saniyədən bir insult baş verir. Kişilərdə insult qadınlara nisbətən daha çox rast gəlinir. Belə ki, müasir tibbin inkişafına baxmayaraq, insultdan xəstələnmə hadisələri artmaqdadır.

- Çoxsağolun doktor. Əlbəttə bu rəqəmlər artıq Sizin də qeyd etdiyiniz kimi xəstəliyin kifayət qədər ciddi templə artdığını göstərir. Bu baxımdan izləyicilərimizi insultun əsas risk amilləri ilə bağlı məlumatlandırmağınızı xahiş edərdim.

Baş beynin insultunun risk amillərini iki yerə bölmək olar: modifikasiya edilən və modifikasiya edilməyən. Modifikasiya edilməyən risk amillərinə yaş, cins, irq, genetik meyillik aiddir. Modifikasiya edilən amillərə isə arterial hipertenziya, siqaretçəkmə, şəkərli diabet, ürək xəstəlikləri (səyirici aritmiya, ürək qusurları), hiperlipidemiya, hipodinamiya, piylənmə, anamnezdə tranzitor işemik həmlənin və ya insultun olması, yuxu arteriyaların daralması, oral kontraseptivlərin qəbulu, alkoqolun həddən artıq qəbulu aiddir. Bəzi ilkin tədqiqatlar göstərir ki, COVID-19 infeksiyasıda işemik insulta səbəb ola bilər, hərçənd ki daha çox tədqiqata ehtiyac var. Risk amillərin bu qədər çox olması serebrovaskulyar xəstəliklərin inkişaf dərəcəsini əhəmiyyətli dərəcədə artırır.

- Bəs insultun klinik simptomları hansıladır? Hansı əlamətlərə əsasən insultdan şübhələnmək olar?

İnsultun klinik təzahürü beyində zədələnmə lokalizasiyasından asılıdır. İnsultun simptomlarına ətraflarda zəiflik, keyimə, üzün əyilməsi, nitqin pozulması, udmanın pozulması, başgicəllənmə, müvazinətin pozulması, yaddaşın qəflətən pozulması, huşun dəyişilməsi, ürəkbulanma, qusma, baş ağrısı, görmənin pozulması aiddir

- İlahə xanım, bu şikayətləri olan insultlu xəstələrin ümumiyyətlə diaqnostikası necə aparılır? Hansısa spesifik yanaşma mövcuddur?

İlk öncə pasientdən şikayət və anamnez toplanmalı, nevroloji status yoxlanılmalıdır. Xəstədə mövcud olan nevroloji defisitin qiymətləndirilməsi və dinamik nəzarət üçün xüsusi insult şkalalarından istifadə edilir, məsələn, NİHSS şkalası. Vaxt itirmədən yanaşı müəyyən laborator analizlər, instrumental müayinələr aparılır. Baş beynin vizualizasiya metodları - komyuter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT), karotis, vertebral arteriyaların rəngli doppler müayinəsi, kompyuter tomoqrafik angioqrafiya (KTA) və ya maqnit rezonans angioqrafiya (MRA) aparılır. İnsultun adekvat müalicəsi və ikincili profilaktikasının aparılması üçün onun mümkün olan səbəbinin/səbəblərinin axtarılması vacibdir. Unutmamaq lazımdır ki, düzgün diaqnostik yanaşma düzgün müalicənin bünövrəsidir. Bu baxımdan xüsusilə insultun diaqnostikasında vacib əhəmiyyətə malik olan laborator müayinələrin sürətli və dəqiq bir şəkildə əldə olunması, KT və MRT cihazlarının ən son texnologiyalara əsaslanması mühüm önəmə malikdir. Məhz bu səbəbdən mən Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasının ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olmasını, eyni zamanda Hospitalın Radiologiya şöbəsində tətbiq olunan yüksək dəqiqlikdə diaqnoz qoyulmasına imkan verən Philips İngenia Elition X 3.0T MRT cihazının üstünlüyünü xüsusilə vurğulamaq istərdim. Belə müasir tibbi texnologiyalardan istifadə imkanına malik olma bizə diaqnozun düzgün qoyulması və sonrakı mərhələdə müalicənin doğru gedişində çox yardım edən alətlərdəndir.

- Bəs doktor kəskin insult zamanı ilk növbədə baş-beyinin hansı müayinəsini etmək lazımdır?

İnsulta şübhə olan xəstələrdə ilk növbədə kompyuter tomoqrafiya (KT) müayinəsinin aparılması zəruridir. KT müayinəsi işemik insultu hemorragik insultdan asanlıqla fərqləndirir. Maqnit-rezonans tomoqrafiyası (MRT) isə subaraxnoidal qansızmanı “görməyə” bilər. Həmçinin KT-nin üstünlüyünə onun sürəti və əksər klinikalarda mövcudluğu aiddir, və bununla da kritik vəziyyətdə olan pasiyentlərin müayinəsidə aparıla bilir. Qansızma inkar olunduqdan sonra baş-beynin MRT müayinəsi icra olunur, məhz DWI rejiminə diqqət yetirilir. Buna görə də xəstənin şikayətləri və həkimin düzgün yanaşması kompleks şəkildə vəhdət təşkil etməlidir.

- Doktor, qeyd etdiyiniz kimi diaqnozun təsdiqlənməsi müalicənin uğurlu alınması üçün mühüm əhəmiyyətə malikdir. Bu baxımdan işemik insult diaqnozu təsdiqləndikdən sonra necə müalicə olunur?

İşemik insultun simptomlarının yaranmasından etibarən ilk 4,5 saat ərzində plazminogenin toxuma aktivatoru venadaxili yeridilir. Trombolizisin təbii ki, öz göstərişləri, əks göstərişləri var və yalnız nevroloq bu müalicəyə qərar verə bilər. Həmçinin invaziv radioloq və ya neyrocərrah tərəfindən mexaniki trombektomiya icra oluna bilər.Hər iki metodda zaman məhdud olduğundan pasient simptomlar yaranan kimi dərhal xəstəxanaya gətirilməlidir. İşemik insultun müalicəsində “vaxt – beyin” deməkdir. Buna görə də həm pasiyentin vaxtında həkimə müaricəti həm də həkimlərin birgə fəaliyyəti müalicənin uğurlu nəticələnməsində vacib əhəmiyyətə malikdir.

- Maraqlı məlumatlara görə minnətdarlığımızı bildiririk. Müsahibəmizin sonunda izləyicilərimizə insultdan qorunmaq üçün nələrə diqqət etməliyik barədə məlumat verməyinizi xahiş edərdim.

Ümumiyyətlə bəzi xəstəliklər insultun baş vermə ehtimalını daha da artırır. Məsələn şəkərli diabet və ürək-damar xəstəlikləri məhz bu qəbildən hesab oluna bilər. Buna görə də insultdan qorunmaq üçün üçün sağlam həyat tərzinin tələblərinə riayət etmək mühüm əhəmiyyətə malikdir. Xüsusilə fiziki aktiv olmaq, tütündən istifadə etməmək, sağlam qidalanmaq, artıq çəki almamaq, arterial təzyiqi daima nəzarətdə saxlamaq insultdan qorunmaq üçün profilaktik adımlar hesab olunur və insultun yaranma riskini kifayət qədər azalda bilir. Bu baxımdan izləyicilərimizə sağlamlıqlarına qarşı diqqətli olmalarını, sağlam həyat tərzi yaşamalarını və mütləq şəkildə hər hansı şikayətləri olduqda həkimə müraciət etmələrini tövsiyə edərdim. Həmçinin insultun gənc yaşda baş verə bilmə ehtimalını da nəzərə alaraq gənc yaşlı şəxslərin də profilaktik müayinələrdən keçməsini tövsiyə edərdim.

- Dəyərli məlumatlara görə təşəkkür edirəm doktor, çoxsağolun.

Bitkoin 4 faiz bahalaşıb
Bitkoin 4 faiz bahalaşıb
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır
İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır
Loading Bars
Xəbər lenti
Bakıda "Opel" yanıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 404 mini keçib
Bu gün Laçın rayonu Azərbaycana qaytarılır
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb (VİDEO)
Türkiyə Parlamenti beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi
Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar
Türkiyə koronavirusa qarşı tədbirləri sərtləşdirir
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 2021-ci il 1 dekabra qədər təxirə saldı
Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik edib
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib
“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib
Gürcüstanda zəlzələ olub
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb (FOTO)
Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri Azərbaycana gətirilib (FOTO/VİDEO)
Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurası Prezident İlham Əliyevə müraciət edib
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Türkiyəli deputat Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Deputatlar bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyalar üçün seminar-təlimlərdə iştirak ediblər
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb
28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi təsdiqlənib
Ceyhun Bayramov moldovalı həmkarı ilə telefonla danışıb
Türkmən Həkimləri Dərnəyinin sədri Azərbaycan Prezidentini təbrik edib
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi (FOTO)
Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)
Yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir - Deputat
25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib
FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır
Dekabrın 1-də manatın dollara qarşı məzənnəsi
Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq
Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf (FOTO)
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Bakıda avtomobillərin qiyməti nə zaman ucuzlaşacaq?
Sərt karantin rejiminin qayıtmasını istəmiriksə, qaydalara əməl edək - Naqif Həmzəyev
ADA Universiteti "Mənim Qarabağım" mövzusunda onlayn mühazirələrə başlayıb (FOTO)
Yerevanda əsgər anaları yenidən toplaşdı
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini (VİDEO)
Moldova prezidenti hökuməti istefaya çağırdı
Yoluxma sayının artması səhiyyə sistemimizi çıxılmaz vəziyyətə sala bilər - Deputat
Səbaildə yeni elektron layihə (VİDEO)
Dekabrda bəzi ərazilərdə temperatur normadan yüksək olacaq - Aylıq proqnoz
Aztəminatlı tələbələrin təhsil haqqı ilə bağlı müraciətlərinin qəbulu sabah başa çatır
Koronavirusla bağlı 111 ictimai iaşə müəssisəsində pozuntu aşkarlandı (FOTO)
Karxanaların Kürə təsiri açıqlandı
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)
Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub
İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarını xatırladır
Təhsil naziri qəzada ölən tələbələrdən yazdı
Ağdaşda COVİD-19 xəstələrinə cinayət işi başlanılıb (FOTO)
Bütün xəbərlər