...

Qarabağdakı kilsələrin çoxunun erməni mədəniyyətinə heç bir aidiyyatı yoxdur - Memar

Cəmiyyət Materials 6 Noyabr 2020 11:31 (UTC +04:00)
Qarabağdakı kilsələrin çoxunun erməni mədəniyyətinə heç bir aidiyyatı yoxdur - Memar

Bakı.İlhamə İsabalayeva - Trend:

"Erməni kilsələri" dediyimiz kilsələrin çoxu bizim mədəniyyətə aiddir, onların üslubu qıpçaq mədəniyyətinə xasdır.

Trend-in məlumatına görə, bunu Şuşadakı Qazançılar kilsəsinin 1980-ci illərdəki bərpa layihəsinin müəllifi Fəxrəddin Miralayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Şuşadakı Qazançılar kilsəsinin də erməni mədəniyyətinə heç bir aidiyyatı yoxdur:

"Şuşanın kənar hissəsində yerləşən Qazançılar kilsəsinin bərpası zamanı onun altında Zərdüştlüyə aid abidə aşkarlanıb. Kilsəni 1868-ci ildə onun üstündə tikiblər. Əslində, pravoslav ilə qriqoryanlığın arasında böyük fərq var. Qazançılar kilsəsi də erməni bədii dilində deyil, rus bədii dilində tikilib. Bu kilsənin uzun pəncərələri var. Bu, rus kilsələrində olur. Erməni kilsələrinin pəncərələri balaca olur. Qazançılar kilsəsinin isə uzun pəncərələri var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti