Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır

Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır

Bakı. Trend:

2020-ci il müasir Azərbaycan diasporunun dönüş ili kimi xarakterizə olunur. Belə ki, ilin əvvəllində qəflətən dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar çətin vəziyyətdə qalmış soydaşlarımıza dəstək göstərmək üçün diasporumuz çox böyük birlik, həmrəylik və humanizm nümayiş etdirdi. Pandemiya ilə başlayan bu birlik sonradan Ermənistanın Tovuz təxribatı zamanı daha da möhkəmləndi və torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində özünün ən yüksək zirvəsinə çatdı. 44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan, müharibədən zərər çəkən dinc sakinlərə, şəhid ailələrinə maddi, humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydu. Milli birliyimiz cəbhədə Azərbaycanın böyük qələbəsi ilə nəticələndi və beləliklə Azərbaycan xalqı və dövləti ilə bərabər diasporumuz da yeni bir mərhələyə qədəm qoydu. Xaricdəki ziyalılarımızın fikrincə, döyüş meydanında müharibə bitsə də, informasiya və diaspor cəbhəsində əsl savaş indi başlayır.

Əsl mübarizə hələ qabaqdadır

Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov hesab edir ki, müharibənin Azərbaycanın üstünlüyü ilə başa çatmasına baxmayaraq əsas mübarizə qabaqdadır və istər Azərbaycanda, istərsə də xaricdə görüləcək işlər həddindən çoxdur. Hər zaman bütün zəfərlərin gənclərimizin yüksək təhsili və uğurlarına bağlı olduğunu vurğulayan alim düşünür ki, hazırda Azərbaycanda mövcud olan yüksək səviyyədə müsbət enerjini gənclərdə uğur qazana bilmək inamına yönləndirmək mümkün olarsa bu, ölkəmizin sürətli inkişafına böyük təkan verə bilər. Diaspor sahəsində uğurlar isə Qərib Mürşüdovun fikrincə, xaricdə yaşayan azərbaycanlıların sayı və bir sıra məqamlarla bağlıdır: “Diasporu birləşdirən bir əsas məqam var – məxsus olduqları etnik qrup və ölkə. Siyasi, dini baxışların bu fəaliyyətə təsiri olmamalıdır. Bu mənada düşünürəm ki, milli məsələlərdə birlik nümayiş etdirməyi bacaran və əlindən gələni edən xaricdəki soydaşlarımızın, xüsusilə istedadlı və uğurlu mütəxəssislərimizin siyasi baxışına görə fərqli qruplarda birləşməsinin səbəbləri aradan qaldırılmalıdır. Onların potensialından diaspor fəaliyyətində yararlanmaq üçün bu qrupların birliyinə nail olmaq vacibdir”.

Diasporun qarşısındakı problemləri isə Qərib Mürşüdov qısamüddətli və uzunmüddətli olmaqla iki yerə bölür:

“Qısamüddətli problemlərə davamlı informasiya müharibəsi daxildir. Bu müharibədə üstünlük qazanmaq üçün düşmənin hansı silahlardan istifadə etdiyini müəyyən etmək və onları zərərsizləşdirmək lazımdır. Mənim müşahidəmə görə, əsas üç silahdan istifadə edilir: islam və xristianlıq; türk-erməni və qərbdə olan antitürk sentimenti; nəhayət demokratiya və anti-demokratiya.

Uzun müddətli problemlər isə çoxdur:

- türk diasporunun imkanlarından istifadə etməklə kifayət qədər kritik kütləyə çevirilərək seçkilərə təsiretmə qabiliyyəti formalaşdırmaq;

- hər bir gənc azərbaycanlıya və Azərbaycandan olanlara onların müxtəlif sahələrdə fərdi uğur qazanmasına dəstək göstərmək;

- fərdlərin müxtəlif istiqamətlərdə uğurları həm də güclü lobbi qruplarının yaradılmasına kömək edə bilər ki, bu da siyasətə təsir etmək üçün əsas alətlərdən biridir;

- Azərbaycan və ümumiyyətlə Qafqaz tarixinin, dillərinin öyrənilməsinə ölkədaxili, eləcə də xarici mütəxəssisləri və maliyyələri cəlb etmək;

- Azərbaycanda təhsil, elm və texnologiyanın inkişafına kömək etmək. Bunun həyata keçirilməsi üçün Azərbaycanın vergi, gömrük və vətəndaşlığın verilməsi ilə bağlı qanunlarında müəyyən dəyişiklər tələb olunur”.

Diasporumuzun birliyini qoruyub saxlamalıyıq

Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor Toğrul İsmayıl hesab edir ki, İkinci Qarabağ müharibəsi bizim birləşmək, bərabər olmaq gücümüzü üzə çıxardı: “Siyasi düşüncəsindən, baxışından, harada yaşamasından asılı olmayaraq, Qarabağ məsələsində hamı vahid mövqedən çıxış etdi. Bu milli birlik eyni zamanda, cəbhədə də zəfərlə nəticələndi və uğurumuzu ortaya qoydu. Əldə etdiyimiz zəfərlə bərabər, diasporumuzun bu birliyini qoruyub saxlamaq və daha ciddi çalışmaq lazımdır. Bu gün Azərbaycan ən çətin mərhələyə gəlib: döyüşdə qazandığı zəfəri, diplomatiyada, beynəlxalq aləmdə tanıtmalı və qəbul etdirməlidir. Bu səbəbdən Azərbaycan diasporunun da üzərinə ciddi məsuliyyət düşür, harada yaşamasından, hansı vəzifədə işləməsindən asılı olmayaraq, hər bir soydaşımız Azərbaycan həqiqətlərini dünyaya tanıtmalı və çatdırmalıdır. Əslində bu müddət ərzində birlikdə hərəkət etmək, təşkilatlı şəkildə fəaliyyət göstərmək kimi təcrübələr də qazandıq, fəallığı ilə önə çıxan diaspor üzvlərini tanıdıq. Həmin soydaşlarımızın fəaliyyətini doğru dəyərləndirərək bu sahədə əməkdaşlığı artırmaq lazımdır.

Düşünürəm ki, qalib Azərbaycanın diasporunun fəaliyyətindəki yeni mərhələdə əsas məsələlər həm Azərbaycanın inkişafı üçün, həm də beynəlxalq aləmdə müsbət imicinin möhkəmlənməsi üçün qarşıda duran vəzifələrdir. Diasporumuzun bu istiqamətdə fəaliyyətinin paralel olaraq Azərbaycandakı uğurlar və islahatlarla müşayiət olunacağına ümid edirik”.

Vətən müharibəsində diasporumuz da öz gücünü ortaya qoydu

Son illərdə Azərbaycan diasporunda müşahidə edilə canlanma Vətən müharibəsi zamanı özünün ən aktiv fazasına keçdi. Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirir ki, torpaqlarımızın azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda diasporumuz da öz gücünü ortaya qoydu. Milli birliyimiz sayəsində qazandığımız böyük qələbənin qorunması da, məhz bundan sonrakı birliyimizdən çox asılıdır:

“Bu qalibiyyətin qorunması üçün dünya azərbaycanlıları bir olaraq Vətənin güclənməsində var gücü ilə çalışmalıdır. 30 il sonra bərpa etdiyimiz ədaləti qorumaq üçün bütün imkanlarımızı səfərbər etməliyik. Fikrimcə, gələcək fəaliyyətimiz üçün bu amillərə xüsusi diqqət yetirmək faydalı ola bilər:

  • Ulu öndərin Azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək;
  • Azərbaycanı multikultural ölkə kimi tanıtmağa davam etmək;
  • Azərbaycan dilinin tədrisinə daha çox diqqət yetirmək;
  • xarici ölkələrdə Azərbaycan dili üzrə yerli mütəxəssislər yetişdirmək;
  • erməni yalanlarına qarşı mübarizə aparmaq üçün xarici media ilə işimizi gücləndirmək;
  • Azərbaycana dost KİV və media nümayəndələri ilə əlaqələri genişləndirmək (Azərbaycana dəvət etmək, Qarabağa aparmaq, erməni vəhşiliklərini göstərmək və s.);
  • lobbiçilik istiqamətində fəaliyyəti artırmaq;

xaricdə yaşayan azərbaycanlılarda Vətənə bağlılığı gücləndirmək”.

Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Loading Bars
Xəbər lenti
Bu gündən koronavirusa qarşı vaksinasiya başlayır
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
SMS icazə ləğv olundu - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
Bakıda ikimərtəbəli evdə yanğın olub
Trampın reytinqi antirekordu yeniləyib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov
Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN
Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi
MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb - Anar Eyvazov
Sabahın hava proqnozu açıqlanıb
Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər - XƏBƏRDARLIQ
Ermənistan Ağdamda tarixi, dini abidələr talan edib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bütün xəbərlər