...

Azərbaycan məşhur kəhrizlərin UNESCO-nun siyahısına salınması üçün addımlar ata bilər - İranlı mütəxəssis

Cəmiyyət Materials 1 Dekabr 2020 20:55 (UTC +04:00)
Azərbaycan məşhur kəhrizlərin UNESCO-nun siyahısına salınması üçün addımlar ata bilər - İranlı mütəxəssis

Bakı. Elnur Bağışov – Trend

Azərbaycan məşhur kəhrizlərin UNESCO-nun mədəni irs siyahısına salınması istiqamətində addımlar ata bilər.

Bunu Trend-ə açıqlamasında İranda UNESCO-nun aparıcı su mərkəzi olan Beynəlxalq Kəhrizlər və Tarixi Hidravlik Quruluşlar Mərkəzinin baş tədqiqatçısı Məcid Ləbbaf Xaniki deyib.

M.Ləbbaf Xanikinin sözlərinə görə, Azərbaycan kəhrizləri də dünyanın mədəni irs siyahısında qeydə alınmağa layiqdir. Çünki bu kəhrizlərin tarixi dəyərləri, mədəni və iqtisadi dəyərləri vardır:

“Azərbaycanın məşhur kəhrizləri mədəni irs siyahısında qeydə alınarsa, bu da Azərbaycan üçün bu sahədə daha bir uğur olacaqdır.

Azərbaycan kəhrizlərin qeydə alınması istiqamətində layihə hazırlaya bilər. Bu layihənin hazırlanması üçün Azərbaycan və digər ölkələrdən mütəxəssislər dəvət oluna bilər.

Belə ki, mütəxəssislər Azərbaycanın bir sıra tanınmış kəhrizləri haqda araşdırmalar apara, UNESCO-nun standartlarına uyğun lazımi məlumatları əldə edə və UNESCO-ya ünvanlaya bilərlər”.

Mərkəz rəsmisi qeyd edib ki, İranın bu sahədə təcrübəsi olduğunu nəzərə alaraq, İran Azərbaycan kəhrizlərinin UNESCO mədəni irs siyahısına salınmasında Azərbaycana köməklik göstərə bilər.

Ləbbaft Xaniki bildirib ki, indiyədək 2 ölkənin kəhrizləri UNESCO-nun mədəni irs siyahısında qeydə alınıb. Bunlar Omanın 5 və İranın 11 kəhrizidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti