...

Qarabağ kəhrizlərini bərpa etmək üçün Azərbaycanda peşəkar mütəxəssislər var - İranlı tədqiqatçı

Cəmiyyət Materials 2 Dekabr 2020 09:28 (UTC +04:00)
Qarabağ kəhrizlərini bərpa etmək üçün Azərbaycanda peşəkar mütəxəssislər var - İranlı tədqiqatçı

Bakı. Elnur Bağışov - Trend:

Azərbaycan dövləti Qarabağ və ətraf rayonlardakı kəhrizləri hazırkı ağır vəziyyətdən xilas edəcək.

Bunu Trend-ə açıqlamasında İranda UNESCO-nun aparıcı su mərkəzi olan Beynəlxalq Kəhrizlər və Tarixi Hidravlik Quruluşlar Mərkəzinin baş tədqiqatçısı Məcid Ləbbaf Xaniki deyib.

M.Ləbbaf Xanikinin sözlərinə görə, Azərbaycanın bu kəhrizləri daha yaxşı vəziyyətə gətirmək üçün yetərincə potensialı var.

İranlı mütəxəssis bildirib ki, Azərbaycanın Bakı, Gəncə və Naxçıvan universitetlərində kifayət qədər peşəkar mütəxəssislər var: “Bu mütəxəssislər kəhrizlərin qazıntısı, onların qorunmasını çox yaxşı şəkildə bacarırlar”.

Mərkəz tədqiqatçısı qeyd edib ki, Azərbaycanın xeyli sayda qədim kəhrizləri var: "Azərbaycanı kəhrizlərin beşiyi olan ölkələrdən adlandırmaq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti