...

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2020 01:05 (UTC +04:00)
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

4 dekabr tarixində Vaşinqton vaxtı ilə saat 12:00-da Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində Vətən müharibəsi nəticəsində Ermənistan işğalı altında olan ərazilərimizin azad olunması zamanı həlak olan şəhidlərimizin anım mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad edildi.

Ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə öz həyatlarını qurban vermiş qəhrəman zabit, gizir və əsgərlərimiz, habelə soydaşlarımızın xatirəsinin daim yüksək fəxarətlə yad edilməsinin, onların ailələrinə dəstəyimizin əsirgənməməsinin vacibliyi səfir Elin Süleymanov tərəfindən vurğulandı. Səfir şəhidlərimizin vətən uğrunda canlarını fəda etməklə Azərbaycanın şanlı səhifəsinə öz qanları ilə tarix yazdıqlarını, bugün hər birimizin onlara borclu olduğumuzu diqqətə çatdırdı. Torpaqlarımızın işğaldan azad olunmasından sonra, daha fəal şəkildə Azərbaycan həqiqətlərinin və ölkəmizin haqq səsinin ABŞ ictimai-siyasi dairələri arasında təbliğ olunmasının, bölgəmizin inkişafı naminə səylərin daha da genişləndirilməsinin vacib olduğu bildirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti