...

Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edilir

Cəmiyyət Materials 11 Dekabr 2020 12:14 (UTC +04:00)
Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edilir

Bakı. Elçin Mehdiyev -Trend:

Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edilir.

Trend-in məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, noyabrın 8-i Zəfər Günü olaraq bayram günləri siyahısına daxil edilir.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti