...

Cəbrayıl döyüşlərinin şəhidi - DİN giziri Cahid Tağızadə (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2020 15:14 (UTC +04:00)
Cəbrayıl döyüşlərinin şəhidi - DİN giziri Cahid Tağızadə (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının giziri Tağızadə Cahid Vahid oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, C.Tağızadə 1988-ci ildə Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub.

O, oktyabrın 3-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.

Evli idi, 2 övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti