...

Cəbrayılda Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2020 16:16 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən polis şöbəsinin inzibati binasının qaşısında, möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı ucaltdığı dövlət bayrağının ətrafında və rayonun girişində ümumilikdə 100-dən artıq ağac əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti