...

Gənclər Bakıda və regionlarda Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2020 19:47 (UTC +04:00)
Gənclər Bakıda və regionlarda Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)

Bakı. Trend:

Dekabrın 12-si xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür. Müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin vəfatından bu gün 17 il ötür.

Amma bu 17-ci ildönümü digərlərindən fərqlənir: rəşadətli ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı yağı düşməndən azad edib və bununla da Ulu Öndərin “torpaqlarımız mütləq azad olunacaqdır” kəlməsi reallığa çevrilib. Bu baxımdan Ulu Öndərin bu ilki anım gününün ayrı tarixi özəlliyi vardır.

Trend-in məlumatına görə, anım günü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bakıda və 30 rayonda fəaliyyət göstərən nümayəndəliklərinin əməkdaşları və gəncləri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib. Bakıda gənclər Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə güllər qoyub və Ulu Öndərin əziz xatirəsi önündə baş əyiblər.

Rayonlarda isə əməkdaşlar və gənclər Heydər Əliyevin şəhər mərkəzindəki büstünün üzərinə güllər qoyaraq, ona zaman keçdikcə dəyişməyən sevgilərini nümayiş etdiriblər.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artdı, hərtərəfli inkişafa nail olundu, müstəqilliyimizin əbədi və dönməz olması təmin edildi. Bu gün digər sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti