...

İrlandiyada karantin qaydaları sərtləşdirildi

Cəmiyyət Materials 31 Dekabr 2020 04:46 (UTC +04:00)
İrlandiyada karantin qaydaları sərtləşdirildi

Bakı. Trend:

İrlandiya hökuməti növbədənkənar iclasda karantin məhdudiyyətlərinin sərtləşdirlməsi qərarını verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Mixol Martin milli telekanalın efirində deyib.

Bildirilir ki, yanvarın 1-dən sakinlər yaşayəş yerlərindən 5 kilometrdən çox uzaqlaşa bilməzlər. Restoran, bar, bərbərxanalar bağlı olaraq qalacaqlar. Qraflıqlar ərazisində belə hərəkətə məhdudiyyətlər tətbiq edilir. Qida dükanları və apteklərdən başqa digər ticarət məntəqələri fəaliyyət göstərməməlidir.

Məhdudiyyətlər ən tezi 31 yanvara qədər qüvvədə qalacaq. Səbəb olaraq Ölkənin cənub-şərqində aşkarlanan koronavirusun yeni ştammının yayılmasının qarşısının alınması göstərilir.

Son məlumata əsasən İrlandiyada 1 718 koronavirusa youxma halı qeydə alınıb, virusun daşıyıcısı olan 13 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti