...

Bakı Ali Neft Məktəbi “YAŞAT” Fonduna ianə etdi

Cəmiyyət Materials 12 Yanvar 2021 12:02 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi “YAŞAT” Fonduna ianə etdi

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin əməkdaşları ötən ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-ni “YAŞAT” Fonduna köçürüb.

Ümumilikdə, 20 min 697 manat məbləğində vəsait Fonda ianə edilib.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin əməkdaşları ötən ilin oktyabr ayında işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna aylıq vəzifə maaşlarından ianə ediblər.

Qeyd edək ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti