...

İ.Gülməmmədova Sarayda sakinlərlə görüşdü (FOTO)

Cəmiyyət Materials 14 Yanvar 2021 16:40 (UTC +04:00)
İ.Gülməmmədova Sarayda sakinlərlə görüşdü (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun Saray qəsəbəsində həyata keçirilən abadlıq-quruculuq işlərini yaxından izləmək məqsədi ilə əraziyə baxış keçirib.

İcra başçısına bildirilib ki, qəsəbədə geniş miqyasda yenidənqurma işləri aparılır, küçələr asfaltlanır. Hazırda Sarayın 7 küçəsində - Hacıbaba Səmədov, Ənvər Məmmədxanlı, Ayna Sultanova, Əhməd Cavad, Həsən Turabov, Xudu Məmmədov və Məhəmməd Hadi küçələrində asfaltlanma işləri həyata keçirilir. Ümumi uzunluğu 4 km təşkil edən layihə çərçivəsində 21 min kvadratmetr sahəyə asfalt örtüyü çəkiləcək.

Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Bundan əlavə Saray Bələdiyyəsi tərəfindən qəsəbədaxili küçələrə çınqıl daşlar tökülərək yayılıb, sakinlərin rahat gediş-gəlişi təmin edilib.

Sonra qəsəbə sakinləri ilə görüşən İ.Gülməmmədova onları narahat edən məsələlər, qarşılaşdıqları əsas problemlərlə maraqlanıb. Qəsəbədə həyata keçirilən geniş abadlıq-quruculuq işlərinə, küçələrin asfaltlanmasına görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirən sakinlər görülən tədbirlərdən razı qaldıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti