...

Dövlət Vergi Xidməti əməkdaşlarının məqaləsi beynəlxalq nəşriyyatda çap olunub

Cəmiyyət Materials 19 Yanvar 2021 14:45 (UTC +04:00)
Dövlət Vergi Xidməti əməkdaşlarının məqaləsi beynəlxalq nəşriyyatda çap olunub

Bakı. Samir Əli - Trend:

İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Tədris Mərkəzinin, AMEA İqtisadiyyat İnstitutunun və ADA universitetinin alimlərinin birgə əməkdaşlıq çərçivəsində hazırladıqları “Dövlət - iqtisadi subyektin kölgə iqtisadiyyati və vergi sahəsində qarşılıqlı əlaqəsinin fazzi tənzimlənməsi modeli” (“Fuzzy Regulation Model of the Interaction Between the State and Economic Subject Within the Shadow Economy and Tax Field”) adlı məqalə “Springer” Beynəlxalq Nəşriyyatında (Springer International Publishing) “14th International Conference on Theory and Application of Fuzzy Systems and Soft Computing – ICAFS-2020” mövzusunda keçirilmiş konfransın materiallarında çap olunub.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzindən Trend-ə verilən məlumata görə, məqalədə idarəedici faktor rolunda çıxış edən iqtisadi fəaliyyətin rentabelliyi, kölgədə qalma xərci, vergi və gəlirin ümumi faydalılığa töhfəsi fazzi yanaşma ilə qiymətləndirilmişdir. Kölgə iqtisadiyyatının qiymətləndirilməsi üçün gizlədilmiş rentabelliyə əsasən yeni metod təklif edilmişdir. Təklif olunan yanaşma yayındırılmış dövriyyəni real rentabelliklə bəyan olunmuş rentabelliyin fərqinə əsasən qiymətləndirməyə imkan verir və bu əsasda yayındırılmış vergi hesablanılır. Beləliklə, ilk dəfə olaraq kölgə iqtisadiyyatının xüsusi çəkisinin qiymətləndirilməsi üçün iqtisadiyyatın səmərəliliyini xarakterizə edən əsas faktorlardan biri rentabellikdən istifadə olunmasını yayındırılmış verginin hesablanması üçün effektiv yanaşma olduğu təsbit edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti