...

Ovçular nəyə diqqət etməlidir? - Xidmət rəisindən ovçulara XƏBƏRDARLIQ (VİDEO)

Cəmiyyət Materials 22 Yanvar 2021 18:00 (UTC +04:00)
Ovçular nəyə diqqət etməlidir? - Xidmət rəisindən ovçulara XƏBƏRDARLIQ (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov – Trend:

Ovçuluq mövsümünün açılması o demək deyil ki, ovçuluq bileti olan və yaxud da qanunla müəyyən olunmuş qaydada ov silahı olan şəxslər istədiyi kimi ov edə bilər.

Bunu Trend Tv-yə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

Onun sözlərinə görə, ölkədə ovçuluq qanunla tənzimlənsə də, hər bir ovçunun öz məsuliyyəti də bu işdə başlıca rol oynayır:

“Ovçuluğun öz çərçivələri var və hər kəs də bu çərçivə daxilində hərəkət etməlidir. Hər bir ovçu qanunla müəyyən olunmuş qaydada ona verilmiş lisenziya əsasında bilməlidir ki, hansı ərazidə, hansı heyvanları ovlaya bilər və sayı nə qədər olmalıdır.

Bundan əlavə hər bir ovçunun mənəvi məsuliyyəti də olmalıdır. Mənəvi məsuliyyət bizdə adət ənənələrdən, hətta dindən də gələn bir şeydir. Balası olan heyvana atəş açmaq, yaxud ifrat dərəcə heyvanın ovlanması məsələsi ovçunun öz üzərinə düşən məsələdir”.

F. Əliyeva əlavə edib ki, bu məsələlərə qanun çərçivəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi o cümlədən güc strukturları tərəfindən nəzarət olunsa da, vətəndaşların öz bilikləri, öz aralarındakı ictimai qınaq da böyük təsiri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti