...

Azərbaycanda ən çox hansı ölkə vətəndaşları ali təhsil alır?

Cəmiyyət Materials 25 Yanvar 2021 10:23
Azərbaycanda ən çox hansı ölkə vətəndaşları ali təhsil alır?

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə yanaşı 84 xarici ölkədən 5,7 min tələbə də təhsil alır.

Trend-in məlumatına görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Gürcüstan, Rusiya, Türkmənistan, Nigeriya və Pakistan vətəndaşları üstünlük təşkil edirlər.

2020/2021-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 975 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 37,5 faizi Bakı, 62,5 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Macarıstan, Türkiyə, Rusiya, Çin, Latviya və Birləşmiş Krallığın ali təhsil müəssisələrində təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti