...

Bu ərazilərdə ov etmək qadağandır - Xidmət rəisindən açıqlama (VİDEO)

Cəmiyyət Materials 25 Yanvar 2021 14:14 (UTC +04:00)
Bu ərazilərdə ov etmək qadağandır - Xidmət rəisindən açıqlama (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli ekoloji idarələrində ov üçün lisenziya verilən zaman vətəndaşlara harada və necə ov etmək olar barədə də məlumatlar verilir.

Bunu Trend TV-yə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib. Onun sözlərinə görə, ovçulara daha çox sərhədyanı zonalarda ov etmək qadağandır:

“Bundan əlavə cəbhə zonası və yaşayış yerlərinə yaxın olan ərazilərdə də ova icazə verilmir”.

F.Əliyev qeyd edib ki, yerli ekoloji idarələrdə vətəndaşlara ov limiti barədə də məlumat verilir:

“Hər bir vətəndaş bu şərtlərlə tanış olur. Əlavə olaraq ovçuluq bileti üçün imtahan verən şəxs qırmızı kitaba düşən və ovu qadağan edilən heyvanlar barədə də xəbərdar edilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti