...

Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2021 12:26 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəridə Rüstəmzadə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülüb.

F.Rüstəmzadə sözügedən təqaüdü 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında əldə etdiyi yüksək nəticələr və həmkarlar ittifaqı sahəsində fəallığı sayəsində qazanıb. O, respublika üzrə ATİAHİ-nin adlı təqaüdünün təqdim edildiyi 64 ali məktəb tələbəsindən biri olmağı bacarıb.

Qeyd edək ki, ATİAHİ-nin adlı təqaüdü tələbələrin elmə və təhsilə marağının artırılması məqsədilə təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti