Bakı. Elçin Mehdiyev – Trend:
Mənəvi Dəyərlərin Təbliği Fondu 2020-ci ildə 984 nəfər din xadiminə aylıq maddi dəstək göstərib.
Trend-in məlumatına görə, həmçinin Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-islam dini icmasına maliyyə yardımı verilib.