...

Tibb müəssisələri 4 474 ədəd yeni cihaz və avadanlıqla təmin edilib - Ramin Bayramlı

Cəmiyyət Materials 4 Fevral 2021 18:33 (UTC +04:00)
Tibb müəssisələri 4 474 ədəd yeni cihaz və avadanlıqla təmin edilib - Ramin Bayramlı

Bakı. Trend:

Pandemiya dövründə ölkəmizdə çarpayı fondu 2046 olan 12 yeni Modul tipli xəstəxana, çarpayı fondu 570 olan Yeni Klinika istifadəyə verilib.

Trend xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, ötən il ərzində tibb müəssisələri 4474 ədəd yeni cihaz və avadanlıqla təmin edilib. COVID-19-la mübarizə məqsədilə ÜST, UNICEF, AEBA, AİB kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqlar qurulub, çoxsaylı ortaq layihələr həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti