...

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Cəmiyyət Materials 16 Fevral 2021 16:33 (UTC +04:00)
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Bakı. İlhamə İsabalayeva - Trend:

17 fevral saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti