...

AMEA Tarix İnstitutu struktur dəyişiklikləri barədə məlumata münasibət bildirib

Cəmiyyət Materials 21 Fevral 2021 16:39 (UTC +04:00)
AMEA Tarix İnstitutu struktur dəyişiklikləri barədə məlumata münasibət bildirib

Bakı. Trend:

“Bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə bir sıra saytların “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinə zidd olaraq, birtərəfli qaydada institutda keçirilməsi nəzərdə tutulan kompleks struktur dəyişiklikləri haqqında təklifləri qəsdən siyasiləşdirməsi, reallığı əks etdirməyən uydurma məlumatlar yayması, sistemli və məqsədyönlü şəkildə qaralama kampaniyası təşkil etməsi təəssüf hissi doğurur”.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix institutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Tarix institutunda həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişiklikləri haqqında təkliflər üzrə rəsmi qərar qəbul edildikdən sonra, bu barədə geniş ictimaiyyətə ətraflı məlumat veriləcək və kütləvi informasiya vasitələrinin hər bir sualı istisnasız olaraq cavablandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti