Bakı. İlhamə İsabalayeva - Trend:
Martın 6-da direktorların işə qəbulu üzrə test imtahanlarına start verilib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 12 bölgədə yerləşən 25 imtahan mərkəzində təşkil olunan imtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilir.
İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunur.
İmtahanlar martın 7-də də davam edəcək.