Bakı. Samir Əli - Trend:
Son dövrlər ölkədə polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarım sintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov deyib.
O bildirib ki, mərkəzə daxil olan müraciətlərə əsasən belə hallar çoxalıb:
"Psixostimulyatorlar qrupundan olan sintetik psixoaktiv maddə “metamfetamin” və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. Belə hallarda həkim-narkoloqlarla yanaşı müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur".