...

Könül Nurullayeva sahibkar olmaq istəyən gəncləri “Yeni nəsil 2.0” layihəsinə dəvət edib

Cəmiyyət Materials 22 Mart 2021 11:00 (UTC +04:00)
Könül Nurullayeva sahibkar olmaq istəyən gəncləri “Yeni nəsil 2.0” layihəsinə dəvət edib

Bakı. Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonunun istedadlı gənclərinə müraciət edib. O, gəncləri “Yeni nəsil 2.0” layihəsində iştirak etməyə çağırıb.

Deputat qərargahından Trend-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, Coca-Cola Fondu, USAİD/Azərbaycanın dəstəyi, “Youth.İnc” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə reallaşan layihənin əsas məqsədi Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaratmaq, biznesə dəstək verməkdən ibarətdir.

Sahibkarlıq düşüncəsi, təhsili və mədəniyyəti, “HoReCa”(otel, restoran, keterinq), kənd təsərrüfatı, innovasiya-start up, rəqəmsallaşma layihənin prioritet istiqamətlərini təşkil edir. Layihə çərçivəsində gənclər arasında sahibkarlıq haqqında məlumatlılığın artırılması ilə bağlı təlimlər də yer alacaq. Peşəkar təlimçilər tərəfindən gənclərin sahibkarlığın əhəmiyyəti haqqında biliklər əldə etmələri, gələcəkdə öz bizneslərini qurmaq üçün lazım olacaq bacarıqlara yiyələnmələri üçün müxtəlif təlim və sessiyalar təşkil ediləcək. Bu, istedadlı gənclər üçün əsl fürsətdir. Sahibkarlıq təhsili almaq, gənc sahibkardan biri olmaq, investisiya imkanı əldə edərək ideyanı reallaşdırmaq istəyənlər 25 mart 2021-ci il tarixədək qeydiyyatdan keçə bilərlər.

http://yeninesil.youthinc.az

Qeydiyyatdan keçərkən, CV və şəxsiyyət vəsiqəsinin surətinin [email protected] ünvanına göndərmək tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti