Əqli Mülkiyyət Agentliyinin sədri beynəlxalq konfransda iştirak edib (FOTO)

Əqli Mülkiyyət Agentliyinin sədri beynəlxalq konfransda iştirak edib (FOTO)

Bakı. Trend:

2021-ci il 14 aprel tarixində Rusiya Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və "Rusiya Müəllif Cəmiyyəti" Ümumrusiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Sənaye mülkiyyəti sahəsində müəllif-hüquq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunub.

Konfransda Rusiyanın dövlət orqanlarının rəsmiləri, elm və təhsil müəssisələrinin əməkdaşları, MDB ölkələrinin əqli mülkiyyət üzrə dövlət qurumlarının rəhbərləri və digər şəxslər iştirak ediblər.

Hibrid formatda (onlayn və oflayn) təşkil olunan tədbirdə müəllif hüquqları, əmtəə nişanları və sənaye nümunələrinə hüquqların qorunmasındakı oxşarlıq və fərqliliklər, sənaye nümunələrinin patentlə qorunması prosedurlarının modernləşdirilməsi, Avrasiya əmtəə nişanları və sənaye nümunələrinə hüquqları ilə bağlı mübahisələrin baxılması sistemləri, məhkəmə təcrübəsində müəllif hüquqlarının və əmtəə nişanları və ya sənaye nümunələrinə olan hüquqların qorunması ilə bağlı ziddiyyətli məsələlər, elm, ədəbiyyat və incəsənət əsərlərinə, əmtəə nişanlarına, sənaye nümunələrinə olan hüquqların qorunmasında blokçeyn texnologiyalarından istifadə perspektivləri və digər məsələlər müzakirə olunub.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransa onlayn formatda qoşularaq tədbirin plenar iclasında “Müəlliflik və patent hüququnun əlaqəsi: normativ-hüquqi və kolliziya aspektləri” («Связь авторского и патентного права: нормативно-правовые и коллизионные аспекты») mövzusunda məruzə ilə çıxış edib.

Belə bir əlamətdar beynəlxalq forumda iştirak etmək üçün dəvətə görə təşəkkürünü bildirən K.İmanov sənaye mülkiyyəti sahəsində müəllif-hüquq problemlərinə həsr olunmuş təşəbbüsü yüksək qiymətləndirib. O, qeyd edib ki, əqli mülkiyyətin (ƏM) mövcud anlayışı bu institutun ənənəvi qavrayışından xeyli fərqlənir və bu, mövcud ƏM landşaftına getdikcə kardinal təsir göstərən və təsirini davam etdirəcək əhəmiyyətli texnoloji dəyişikliklər səbəbindəndir. Müasir "ƏM" kateqoriyası anlayışı yalnız fiziki və ya hüquqi şəxsin əqli fəaliyyət nəticələrinə (ƏFN) olan müstəsna hüquqlarını deyil, hər şeydən əvvəl qorunma hüquqlarına malik olan ƏFN-nin özünü nəzərdə tutur. Bazarda tələb və təklif obyektləri kimi hüquqlar deyil, hüquqlara malik olan ƏFN çıxış edir, bu obyektlərə dair razılaşmalarda isə belə hüquqların verilmə həcmi və şərtləri nəzərə alınır.

Agentliyin rəhbəri çıxışında müəllif hüquqlarının patent qanunvericiliyinə təsiri məsələsini xüsusi vurğulayıb. Onun sözlərinə görə, patentlər barəsində ictimaiyyətin məlumatlandırılmasına daha çox diqqət yetirilməlidir, lakin bu zaman vacib bir şərt - patent və müəlliflik hüququ arasındakı əlaqə nəzərə alınmalıdır. Məsələ burasındadır ki, patent iddia sənədləri müəlliflik hüququnun obyektidir.

Ixtiraçının iddia sənədinə olan müəlliflik hüququ iddia sənədinin hazırlandığı andan (onun patent idarəsinə təqdim edilənə qədər) yaranır və patent almaq üçün müvafiq sənəd formalarının doldurulması, bir tərəfdən, əsərin obyektiv formada olmasını, digər tərəfdən isə, müəyyən mənada onun “nəşri”ni təsdiq edir. Müəllif-hüquq qanunvericiliyinə görə, əsərdən hər hansı bir istifadə yalnız müəllifin (hüquq sahibinin) yazılı icazəsi ilə həyata keçirilə bilər. Lakin iddia sənədləri bu normalara riayət edilmədən dərc olunur və üstəlik, nüsxələri qeyri-müəyyən şəxslər dairəsinə göndərilir.

K.İmanov patent iddia sənədlərində ixtiraçıların müəllif hüquqlarının pozulması probleminin həll olunmasının iki yollunu göstərib:

- doldurulmuş müraciət formalarında ərizəçini bu sənədlərin dərc olunmasının hüquqi nəticələri ilə tanış etmək və bununla razılığını almaq;

- ABŞ patent qanunvericiliyində tətbiq edildiyi kimi, patent verilməmişdən əvvəl iddia sənədlərinin dərc edilməməsi.

Sonra Agentliyin rəhbəri hüquqların kəsişməsi məsələsinə dair fikirlərini bölüşüb, müəlliflik hüququ ilə sənaye nümunəsi və ya əmtəə nişanı arasında, eləcə də sənaye nümunəsi ilə əmtəə nişanı arasında toqquşma hallarının ətraflı təhlilini aparıb.

K.İmanovun çıxışı konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışla qarşılanıb. Tədbirin moderatoru UNESCO kafedrasının Beynəlxalq Elm-Təhsil Mərkəzinin direktoru professor Mixail Fedotov ölkəmizin nümayəndəsinin dərin məzmunlu və innovativ ideyalarla zəngin məruzəsini yüksək dəyərləndirib. O, K.İmanovun çıxışında təqdim etdiyi əqli mülkiyyət sahəsinə dair kolliziyaların həll olunması yolları barədə fikirlərinin özünün bu ciddi hüquqi məsələlərlə bağlı düşüncələri ilə üst-üstə düşdüyünü qeyd edib və Agentliyin geniş potensialını nəzərə alaraq, bu aktual elmi və praktiki məsələlərlə əlaqədar ikitərəfli müzakirələrin davam etdirilməsinin perspektivli olduğunu vurğulayıb.

Rospatentin rəhbəri Qriqoriy İvliyev K.İmanovun müzakirə olunan sahə üzrə bir sıra problemli halların detallı şəkildə təhlilini aparmasını yüksək dəyərləndirib. O, belə elmi araşdırmaların praktikada tətbiq olunmasının vacibliyini bildirib.

Tədbirdə mövzu ətrafında digər çıxışlar da dinlənilib.

CBC radiosunun Qarabağda yayımı başlayıb
CBC radiosunun Qarabağda yayımı başlayıb
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Loading Bars
Xəbər lenti
"Azəriqaz" bayram günlərində də fəaliyyətini davam etdirəcək
Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi
Tibb müəssisələrində yoxlamalara başlanılıb
Lənkəranda 50 hektardan çox sitrus bağı salınıb (FOTO)
Müdafiə Nazirliyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı VİDEO hazırlayıb
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ
Növbəti illərdə şagird sayında azalmalar ola bilər - Təhsil naziri
“Azərpambıq ASK” MMC-nin işi məhkəməyə göndərildi
Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Xəzər rayonu rəhbərliyi və ictimaiyyət nümayəndələri Binədə yeni qurulan Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub
Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir
Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir - Komitə sədri
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib
Bu il 50 mindən artıq müəllimliyə namizəd işə qəbulla bağlı müsabiqəyə qatılacaq - Emin Əmrullayev
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu (FOTO)
X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək - Təhsil naziri
Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə maraqlı anlar (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast
Külək və yağışla bağlı XƏBƏRDARLIQ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol
Sənaye və məişət tullantıları ilə bağlı 650 nəfər barəsində tənbeh tədbiri görülüb
Artıq 8 may ağrısı ilə deyil, 8 noyabr qüruru ilə yaşayırıq – Politoloq
Balakəndə əməliyyat, polis narkobaronu yaxaladı
Bu il Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlanıb
AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib (FOTO)
Qadın cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb, müəssisə rəhbəri işdən azad edilib
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Şuşa azaddır! (VİDEO)
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)
AHİK rəhbərliyi Fəxri xiyabana gedərək Ulu Öndərin xatirəsini yad ediblər (FOTO)
Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır - İsrailli ekspert
Son 2 ayda azad olunan ərazilərdə 10 yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Bakı Ali Neft Məktəbinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi Konfransları başa çatır (FOTO)
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub (FOTO)
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
CBC radiosunun Qarabağda yayımı başlayıb
Xaçmaz RİH başçısı İkinci dünya müharibəsi iştirakçısını evində ziyarət edib (FOTO)
Xəritələrin verilməməsi minatəmizləmə işini ləngidir: Yeni avadanlıqlar gətiriləcək - Trend TV-nin Füzulidən REPORTAJI
Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirilib (FOTO)
Keçmiş məhkum külli miqdarda narkotiklə saxlanılıb (FOTO/VİDEO)
Keçmiş bələdiyyə sədri barədə cinayət işi məhkəməyə göndərilib
İsveçdə 200 qvardiyaçı koronavirus simptomlarına görə hərbi təlimlərdən kənarlaşdırılıb
İranda ötən sutka koronavirusdan 283 nəfər ölüb
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yüksək səviyyədə təşkil edilib - Gürcü gimnast
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Şuşa tam bərpa edildikdən sonra çiçəklənəcək və inkişaf edəcək - Oqtay Əsədov
Sabah arabir yağış yağacaq, külək əsəcək
Beynəlxalq Cüdo Federasiyası erməni idmançının azad edilməsinə görə Azərbaycana təşəkkür edib
Çovdar nekropolu ilə bağlı elmi tədqiqatların ikinci mərhələsinə başlanıb (FOTO)
Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib (FOTO)
I sinfə şagird qəbulu müvəqqəti dayandırılır
Prezident İlham Əliyevin “BBC News”a müsahibəsi qlobal informasiya məkanında rezonans doğurdu - Deputat
Bakı Slavyan Universitetinin müəllim və tələbələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)
Bakıda sənayedə istehsal olunmuş malların dəyəri açıqlanıb
Kapital Bank bayram günləri xidmət göstərəcək
YAP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)
Yol polisi yük maşınlarının sürücülərinə xəbərdarlıq etdi
Qarabağa və şəhidlərə həsr olunmuş fotobank istifadəyə verildi (FOTO)
Xalq Şairi Musa Yaqub dəfn edilib (FOTO)
Yenidən doğuluşun mübarək Şuşam!
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku davam edir (FOTO)
Azərbaycanda qızıl cüzi bahalaşıb
İki universitet arasında memorandum imzalanıb (FOTO)
FHN əməkdaşları bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Müdafiə Nazirliyi 9 May münasibətilə keçiriləcək tədbirləri açıqlayıb
Şəmkir sakinini güllələyib qətlə yetirən şəxsin məhkəməsi başlayır
Küçədə daha 2 koronavirus xəstəsi aşkarlandı
Füzuli-Əhmədbəyli yolunun 8 kilometri minalardan təmizlənib - ANAMA (FOTO)
Gəncədə keçmiş məhkumdan 70 min manatlıq narkotik götürülüb (FOTO/VİDEO)
Talassemiya xəstələrinin vaksinasiyadan keçmələri məsləhət görülür - Hematoloq
Bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub (FOTO)
Prezident İlham Əliyevin müsahibələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir - Deputat
Azad Şuşa: Zəfərin simvolu, tarixi ədalətin və milli qürurun bərpası – Videolayihə
Ötən gün ölkədə 16 yanğın olub, 1 nəfər yanıb
Restoranda işçini elektrik cərəyanı vurub öldürdü
Şəkidə narkotik alverçisi saxlanılıb
Azərbaycan nefti ucuzlaşır
Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb
44 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi növbəti düşmən hədəfləri (VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü başlayıb (FOTO)
Bakıda Polad Həşimovun adına park salınır (FOTO)
Yanvar-mart aylarında 295 cinayət işinin istintaqı yekunlaşıb (VİDEO)
Şuşa artıq əbədi olaraq bizimdir - Deputat
AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirmişdi - Baş nazir
Neftçalada birmərtəbəli evdə yanğın olub
Bu yay çimərliklərə icazə verilə bilər - AÇIQLAMA
Koronavirusa yoluxan uşaqlarda güclü böyrək ağrısı olur - Pediatr-infeksionist
Mayın 8-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakıdakı Dünya Kuboku mənim üçün ilin ən çox gözlənilən yarışıdır - Litva gimnastı
Bütün xəbərlər