...

Nura qərq olan ömür (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 Aprel 2021 14:50 (UTC +04:00)
Nura qərq olan ömür (FOTO/VİDEO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı, Gəncə şəhər Səhiyyə İdarəsi ilə birgə, görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın 98 illiyinə həsr olunan “ Nura qərq olan ömür” adlı onlayn konfrans keçiriblər. Konfransda çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının Aparat rəhbəri Orxan Əhmədov, YAP Gəncə şəhər Təşkilatının baş məsləhətçisi Hüseyn Budaqov, Gəncə şəhər Göz xəstəxanasının baş həkimi Azər Məmmədov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, göz həkimi Ruhiyyə Məmmədova, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yoludan söz açaraq, görkəmli alimin oftolmologiya sahəsində, Azərbaycan elminə və səhiyyəsinə verdiyi töhfələrdən danışıblar.

Zərifə xanımın apardığı çoxillik elmi tədqiqatların əhəmiyyətindən, onun sosial- ictimai fəallığından, pedaqoji fəaliyyətindən, öz sahəsi üzrə böyük xidmətləri dilə gətirilərək, görkəmli alimin, oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar apardığını qeyd ediblər. Bunun belə Zərifə Əliyevanın Terapevtik oftalmologiya, İridodiaqnostikanın əsasları kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olduğu diqqətə çatdırılıb. Konfransda, Akademik Zərifə Əliyevanın, Azərbaycan elminə, ölkənin tibb sahəsinə verdiyi əvəzsiz töhfələrin, hələ çox insanları nura qərq edəcəyi, ümid işığına çevriləcəyi ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti