...

Bakıda yeni marşrut xətti təşkil edilib

Cəmiyyət Materials 30 Aprel 2021 13:51 (UTC +04:00)
Bakıda yeni marşrut xətti təşkil edilib

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Paytaxtın yeni salınan iki yaşayış massivini əlaqələndirən marşrut xətti təşkil edilib. Yeni 10 nömrəli marşrut xətti MİDA-Yasamal Yaşayış Kompleksi ilə Bakı "Ağ Şəhər" yaşayış sahəsini əlaqələndirəcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq qəbul edilib.

Xətt üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək. Gediş haqqı 0.30 azn müəyyən edilib və nağdsız formada “BakıKart”-la ödəniləcək.

Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Əsas üstünlüklərdən biri bu xətt üzrə avtobuslar metronun “Xətai”, Səməd Vurğun bağı (“28 May” m\s), “Sahil”, “İçərişəhər”, “Elmlər Akademiyası” stansiyalarından da keçməklə hərəkət etməsidir.

03.05.2021-ci il tarixindən sərnişinlər 10 nömrəli xətdən istifadə edə biləcəklər.

Qeyd edək ki, paytaxt ərazisində, xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti