ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün GIPA Jurnalistika Magistr Proqramına Ərizə Qəbulunu Uzadıb

ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün GIPA Jurnalistika Magistr Proqramına Ərizə Qəbulunu Uzadıb

Bakı. Trend:

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycandan olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına ərizə qəbulunu iyunun 10-a kimi uzadıb. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi və Gürcüstandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak etmək üçün seçiləcək. Proqram dörd semestrdən ibarətdir və 2021-2023-ci illərdə həyata keçiriləcək. Proqramın üç semestri – (sentyabr 2021-dekabr 2022) Tbilisi şəhərində GİPA-da keçiriləcək. Dördüncü semestrdə isə (2023 ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaqlar. 2023-cü ilin iyul ayında diplom işlərini müdafiə etmək üçün onlar yenidən GİPA-ya qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlarından, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlı jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Çap, onlayn və tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı Səfirliyi tələbələrin tədris və yaşayış xərclərini maliyyələşdirəcək.

Qaliblər, bu ilin avqust ayında birgə Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə nəticəsində müəyyənləşəcək. Sənədlərin son qəbul ğünü 10 iyun 2021-ci ildir.

Əlavə məlumat üçün əlaqə saxlayın:

Mehdi Hüseynquluyev, GIPA proqramının yerli koordinatoru

E-mail: [email protected]

[email protected]

Və ya

Gürcüstanın İctimai Əlaqələr İnstitunun nəznində

Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi

Ünvan: Brosse küç. 2, Tbilisi, Gürcüstan

E-mail: [email protected] web: http://www.gipa.ge/csjmm/cert_en.php

Sənədləri Mehdi Hüseynquluyevin elektron ünvanlarına göndərə və ya ABŞ səfirliyinə təhvil verə bilərsiniz (ünvan: Azadlıq prospekti 111).

GİPA proqramına tələb olunan sənədlərin siyahısı:

1. Ərizə forması

2. Tövsiyə məktubları

3. Təhsil məqsədləri haqqinda bəyanat

4. Diplomların surəti

5. Diplom əlavələri

6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti

GIPA Jurnalistika üzrə Magistr Proqramının ərizə formasının linki:

https://drive.google.com/file/d/1LbG4xgC2aNNrv1axgjy7O-nvF4N-Kb9h/view?usp=sharing

Əlavə məlumat:

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai Əlaqələr İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçu və jurnalistlər yetişdirən institutdur.

Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbi 2001-ci ildə jurnalistika və media idarəçilyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Məktəbin fəlsəfəsinə əsasən dəqiq və qərəzsiz xəbərçilik ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

Məktəbin açıldığı vaxtdan bəri 155-ə yaxın məzun ingilis dilli regional proqramı bitirərək jurnalistika və media idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. Məktəbin Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışmaqdadırlar. Onların 87%-i hazırda müxtəlif sahələrdə çalışırlar. Bizim məzunlar hazırda işlədikləri televiziya, radio və qəzetlərdə dəqiq, qərəzsiz, müstəqillik kimi prinsiplərə söykənən tanınmış jurnalistlərdir. Məzunlarımızın ən çox cəmləşdiyi media qurumları 1 News, Turan, APA informasiya agentlikləri, CBC, BBC Monitorinq, Azadlıq/Azad Avropa radiosunun Rus və Azərbaycan xidmətləridir.

Bank VTB (Azərbaycan) açıq tender elan edib
Bank VTB (Azərbaycan) açıq tender elan edib
Bank VTB (Azərbaycan) kuryer xidmətlərin alınması ilə əlaqədar tender elan edir
Bank VTB (Azərbaycan) kuryer xidmətlərin alınması ilə əlaqədar tender elan edir
Unibank texniki avadanlıq alınması üzrə tender elan edir
Unibank texniki avadanlıq alınması üzrə tender elan edir
Loading Bars
Xəbər lenti
65 toyda monitorinq keçirilib, 4 nəfər cərimələnib
Xarici valyutaların manata qarşı məzənnələri
İmişlidə brakonyerliyə qarşı reyd keçirilib, sintetik tor və qanunsuz ov qurğuları məhv edilib
NATO qarşıdakı dövrdə Azərbaycanla geniş praktiki əməkdaşlığı davam etdirməyə ümid edir
Səlçuk Bayraktar: İkinci Qarabağ müharibəsində biz torpaqlarımızı geri aldıq və bununla da yalnız qürur duyuruq!
Ağstafa sakinində narkotik və silah aşkar edilib (FOTO/VİDEO)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb
"Brent" markalı neftin qiyməti 87 dolları ötüb
Almatıda qanunsuz aksiyalarda iştiraka görə saxlanılanların sayı 2,7 min nəfəri ötüb
Türkiyədə 5 bal gücündə zəlzələ baş verib
Mingəçevir Dövlət Universitetində “20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib (FOTO)
"Netflix"in işində qüsurlar yaranıb
Kanadada qar fırtınası səbəbilə baş verən qəzalarda 12 nəfər xəsarət alıb
Türkiyədə son sutka koronavirusa 60 mindən artıq yoluxma qeydə alınıb
Ərəb koalisiyası Yəmənin paytaxtına zərbələr endirib, ölənlər var
Şimali Koreya taktiki idarə olunan raketləri sınaqdan keçirib
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri koronavirusa yoluxub
BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb
"Georgian Airways" aviaşirkəti 150 milyon dollara satışa çıxarılıb
Türkiyə Gürcüstanın "3+3" formatında danışıqlarda iştirakını dəstəkləyir
Avropada "omikron"a görə karantin sərtləşdirilir, Azərbaycanda vəziyyətin sabit qalması üçün nə etməliyik?
Əfqanıstanda zəlzələ nəticəsində 26 nəfər ölüb
Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib
Ceyhun Bayramov Monteneqro parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Tuxel 2021-ci ilin ən yaxşı baş məşqçisi seçilib
Qazaxda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub (FOTO)
Mendi 2021-ci ilin ən yaxşı qapıçısı seçilib
Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib
Ombudsman Şamaxıda sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb (FOTO)
Qəbələdə avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
Ermənistanda Azərbaycan tərəfindən qaytarılan 6 hərbçi həbs edilib
Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində TDMMB ilə əməkdaşlıq imkanlarını müzakirə edilib
Diaqnostik qiymətləndirilmədən keçmiş peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
Azərbaycan əhalisi vəsaitlərini əsasən hansı məhsullara xərcləyir?
Azad edilmiş ərazilərin bərpası dövlət siyasətinin başlıca istiqamətlərindən biridir - TƏHLİL
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10 faizdən çoxunu əhatə edəcək
Azərbaycan məhsullarını əsasən bu ölkələrə ixrac edib
"Washington Post" qəzetində portuqaliyalı səyahətçinin Xınalıq kəndinə səfəri barədə material dərc olunub (FOTO)
AQTA bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edib
Öldürmüşəm, yaxşı eləmişəm... - Gəlinini amansızlıqla öldürən qayınata (VİDEO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçiriləcək
Şamaxıda baxımsız qalan uşaqların anası reabilitasiya prosesinə cəlb olunub
20 Yanvar 1990-cı il müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixidir (FOTO)
ADPU-nun yubiley nəşrləri haqqında vikipediyada məqalələr yaradılıb
Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 359 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib
Bu il Dövlət Məşğulluq Agentliyi beynəlxalq sertifikatlara uyğun mütəxəssis hazırlığı həyata keçirəcək
Bu müəllimlərin maaşı artırıldı
Üç azyaşlı İran vətəndaşı dövlət sərhədini pozaraq Azərbaycan tərəfə keçib
Polşada bıçaqlı şəxs sakinlərə hücum edib, yaralılar var
“Human Rights Watch”un Azərbaycana qarşı qərəzli mövqeyi davam edir - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu “Axens” şirkəti ilə müqavilələr imzalayıb (FOTO)
Yanvarın 18-nə USD/AZN rəsmi məzənnəsi
ADNSU HORIZON 2020 proqramı çərçivəsində beynəlxalq layihədə tərəfdaş kimi iştirak edəcək
DİM hazırlıq kurslarında iştirak etmək istəyənlərə müraciət edib
Əfqanıstanda güclü zəlzələ olub
Dünya iqtisadiyyatında yaşanan inflyasiyanın səbəb və həll yolları - TƏHLİL
Bakının bu rayonunda yaşayış binaları sökülür (FOTO)
Talış kəndinə su xəttinin çəkilişi yekunlaşıb, Suqovuşanda isə işlər başa çatmaq üzrədir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb
Bakıda bir avtobus ağaca çırpılıb, ikisi isə toqquşub
Havanın temperaturu koronavirusun yayılmasına necə təsir edir? - AÇIQLAMA
Şərqşünaslıq İnstitutunun əməkdaşı V Tokio Zirvəsində çıxış edib (FOTO)
“Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklik təsdiqləndi
Bu il dünyada işsizlərin sayı 200 milyonu ötəcək - BMT
Uşaqların hüquqlarının qorunması cəmiyyət qarşısında duran əsas vəzifələrdən biridir
Tərtərdə yanğın baş verib (FOTO)
Azərbaycanda ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb
Müddətli əmək müqaviləsi üzrə sığorta stajı azaldılıb
Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək
Əbu-Dabidə yanğın və partlayışlar baş verib, ölənlər var
Bakının bu hissəsində yerüstü piyada keçidinin inşası təxirə salınıb? - AÇIQLAMA (FOTO)
İranda daha 20 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
AHİK 20 Yanvar şəhidlərinin ailələrinə maliyyə dəstəyi göstərib
Həssas qruplar üçün kiçik bizneslər yaradılır (FOTO)
İranın mədəniyyət naziri koronavirusa yoluxub
Bölük komandirləri ilə təlim toplanışları keçirilib (FOTO/VİDEO)
Karantini pozan SPA mərkəzinin sahibi və müştəriləri cərimələnib
Səudiyyə Ərəbistanı ilk dəfə Qış Olimpiya Oyunlarına qatılır
DİN Aqil Abbasın oğlunun töhmət alması xəbərini təkzib etdi
Gəncə sakinindən silah-sursat götürülüb (FOTOVİDEO)
Tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb
Tailandda omikron ştammından ilk ölüm faktları qeydə alınıb
Sabah güclü külək əsəcək
Xətai rayonunda 10-dan çox narkotik alverçisi saxlanılıb (FOTO)
Evlərdən elektrik naqillərini oğurlayan şəxs saxlanılıb (FOTO/VİDEO)
Azad edilmiş ərazilərə avtobus marşrutları açılacaq
Bakı Fond Birjasının ticarət dövriyyəsi ilk dəfə 15 milyard manatı keçib
XİN-ə qəbul imtahanında iştirak edəcək namizədlər üçün buraxılış vərəqəsinin verilməsinə başlanılıb
Qurban Qurbanovun oğlu "Beşiktaş"a keçə bilər
İran Mərkəzi Bankı kriptovalyutadan sınaq istifadəyə başlayır
DYP qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb
Rusiyada koronavirusa gündəlik yoluxma 30 mini keçib
Bank VTB (Azərbaycan) açıq tender elan edib
Karantin qaydasını pozan çayxana sahibi həbs edilib
Azərbaycanda yeni enerji növlərinin istehsalı üzrə ciddi işlər aparılır - Kamaləddin Qafarov
Bakıda “Netflix”in böyük büdcəli filminin çəkilişləri olub
Bütün xəbərlər