...

Ukraynadan Azərbaycana aviareyslərin sayı artırılır

Cəmiyyət Materials 12 İyul 2021 13:32 (UTC +04:00)
Ukraynadan Azərbaycana aviareyslərin sayı artırılır

Bakı. Sədrəddin Ağcayev - Trend:

"Ukrayna Beynəlxalq Hava Yolları" Azərbaycana reyslərin sayını artırır.

Trend-in şirkətə istinadən məlumatına görə, reyslərin sayı koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılması ilə bağlı artırılır.

Qeyd olunur ki, iyul ayında aviaşirkət Bakı-Kiyev-Bakı marşrutu üzrə reysləri həftədə iki dəfə həyata keçirəcək.

İyulun 13-dən başlayaraq uçuşlar çərşənbə axşamları, iyulun 24-dən isə şənbə günləri baş tutacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti