...

Bu tibb işçilərinə aylıq sabit 200 manat həvəsləndirici əlavə ödəniləcək

Cəmiyyət Materials 13 İyul 2021 17:36 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb.

Trend xəbər verir ki, əvvəlki qaydaya görə, 16 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 21-ə yüksəlib.

Həmçinin, daha bir dəyişikliklə tibb müəsissələrində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvlərinə aylıq sabit 200 manat həvəsləndirici əlavənin ödənilməsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti