...

Göygöldə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)

Cəmiyyət Materials 18 İyul 2021 16:35 (UTC +04:00)
Göygöldə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)

Bakı. Trend:

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 10 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti