...

ETSN ictimai-iaşə obyektləri sahiblərinə müraciət edib

Cəmiyyət Materials 23 İyul 2021 14:16 (UTC +04:00)
ETSN ictimai-iaşə obyektləri sahiblərinə müraciət edib

Bakı. Çingiz Səfərli - Trend:

Son zamanlar tədbirlərin keçirilməsi ilə əlaqədar bəzi ictimai-iaşə obyektlərindən havaya tüstü və qoxunun yayılması ilə bağlı qonşuluqda yaşayan sakinlərdən çoxsaylı şikayətlər daxil olur.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.

Məlumatda qeyd olunub ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Ramal Bağırov iaşə obyektlərinin sahiblərini havanı çirkləndirməməyə, yaxınlıqda yaşayan əhaliyə narahatlıq yaratmamağa və ekoloji pozuntulara yol verilməməsi üçün təmizləyici qurğulara vaxtında xidmət göstərməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti