Bakı. Trend:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “ADPU-nun Quba filialı: regionun elm, təhsil və mədəniyyət məbədi” adlı layihəyə start verilib.
ADPU-dan Trend-ə bildirilib ki, layihə çərçivəsində qarşıdakı bir ay ərzində ADPU-nun Quba filialının tarixi-mədəni irsi, müasir yanaşmaları, maddi-texniki bazası, strukturlarının fəaliyyəti və gələcək perspektivləri haqqında bütün məlumatların geniş ictimaiyyətə, o cümlədən abituriyentlərə çatdırılması nəzərdə tutulur.
Beləliklə, ADPU-nun 100, Quba filialının 30 illik yubileyinə həsr olunmuş layihənin tarixi və vacib əhəmiyyəti var.