...

Rusiyadan idxal olunan quşçuluq məhsullarında mikrobioloji göstəricilər çox olub - AQTA

Cəmiyyət Materials 5 Avqust 2021 15:52 (UTC +04:00)
Rusiyadan idxal olunan quşçuluq məhsullarında mikrobioloji göstəricilər çox olub - AQTA

Bakı. Çingiz Səfərli - Trend:

Rusiya Federasiyasından ölkəmizə cari ilin mart ayında “Bryanskiy Broyler” MMC quşçuluq məhsullarının istehsalı müəssisəsində istehsal olunan məhsulların (toyuq qiyməsi) idxalı zamanı məhsul partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində mikrobioloji (Salmonella <25g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə bildirilib ki, bundan sonra həmin müəssisədə istehsal edilən məhsulların ölkəmizə idxalı ciddi nəzarətə götürülüb və sonrakı idxal proseslərində hər bir yük partiyasından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Cari ilin iyun ayında “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq dərisi idxal olunarkən növbəti dəfə təhlükəsizlik parametrlərinə görə uyğunsuzluqlar (Salmonella <25g) aşkar edilib.

Aşkarlanmış uyğunsuzluqlara dair Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə bildiriş göndərilib.

Həmin müəssisənin yenidən əsaslı şəkildə araşdırılaraq sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi, məhsulların yenidən müayinələrə cəlb olunması və nəticələri ilə bağlı Agentliyə məlumat verilməsi bildirilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti