...

Payızda yeni ştammlardan özümüzü necə qoruyaq? - AÇIQLAMA

Cəmiyyət Materials 9 Avqust 2021 10:33 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Yay ayları olmasına baxmayaraq həm dünyadakı ümumi mənzərə, həm də ölkəmizdə yoluxma saylarının intensiv şəkildə artması bizi bir daha ehtiyyatlı olmağa və gələcəkdə ehtimal olunan təhlükələr qarşısında hazırlıqlı olmağa məcbur edir.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, xüsusən payız aylarında koronavirusun yeni ştammlarının insanlıq üçün yarada biləcəyi təhlükə hələki qarşımızda durmaqdadır:

“Payız aylarında ola biləcək təhlükələrin qarşısının alınması da zamanında olunan peyvəndlər vasitəsilə mümkün ola bilər. Virusa yoluxmuş olsaq belə, vaksin vurdurmuş olsaq belə 6 aydan sonra vurulacaq 3-cü doza vaksin gələcəkdə yoluxmaların sayını azaltmaqda və ya yoluxma zamanı həyatı təhlükənin minimuma endirilməsinə böyük töhfə verir.

Bu həqiqətin bilərək mən tövsiyə edirəm ki, vaksin vurdurmasının 6 ayı tamam olmuş insanlar payız aylarında ola biləcək dalğaya qarşı immun sistemlərini gücləndirmək üçün 3 doza vaksin vurdursunlar”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti