...

Gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - BŞİH-dən xəbərdarlıq

Cəmiyyət Materials 27 Avqust 2021 09:54 (UTC +04:00)
Gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - BŞİH-dən xəbərdarlıq

Bakı. Çingiz Səfərli - Trend:

Son vaxtlarda ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, avqust ayının 28-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Twitter:@cingizsafarli

Xəbər lenti

Xəbər lenti