...

Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var - İsmayıl Axundov

Cəmiyyət Materials 30 Avqust 2021 12:02 (UTC +04:00)
Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var - İsmayıl Axundov

Bakı. Elçin Mehdiyev – Trend:

Birinci Qarabağ müharibəsinə aid Bakı və digər şəhər və rayonlarda 197 naməlum məzar var.

Trend-in məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov jurnalistlərə deyib.

İ.Axundov bildirib ki, onların vaxtilə GPS koordinatları çıxarılıb ki, yerləri yox olmasın və üzərlərində başqa qəbir, hər hansı bir inşaat işləri aparılmasın: “Hazırda bu istiqamətdə Bakı və digər şəhər, rayonlarda Hərbi Prokurorluq tərəfindən intensiv şəkildə işlər aparılır. İşlərin nəticəsi barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti