...

Ali təhsil müəssisələri tədrisə distant formada başlayacaq? - Nazirlikdən AÇIQLAMA (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 2 Sentyabr 2021 15:43 (UTC +04:00)
Ali təhsil müəssisələri tədrisə distant formada başlayacaq? - Nazirlikdən AÇIQLAMA (ƏLAVƏ OLUNUB)

Bakı. Çingiz Səfərli - Trend:

Sosial şəbəkədə ali təhsil müəssisələrinin yeni tədris ilinə distant formada başlayacağına dair məlumatlar yayılıb.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək:

"Tədrisin bütün pillələr üzrə hansı tarixdə və formada təşkil ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, təhsil işçilərinin böyük bir hissəsinin vaksinasiya olunması və ali təhsil müəssisələrində 18 yaşdan yuxarı tələbələrdən COVID pasportunun tələb edilməsi 2021-2022-ci tədris ilində təhsil müəssisələrinin ənənəvi təhsil formasına qayıdacağına dair ehtimalları artırıb. Lakin tədrisin konkret hansı formada aparılacağı ilə bağlı hələlik qərar verilməyib.

Twitter:@cingizsafarli

Xəbər lenti

Xəbər lenti