...

Növbəti tədris ilindən "Zəfər tarixi" kursu tədris olunacaq

Cəmiyyət Materials 2 Sentyabr 2021 16:32 (UTC +04:00)
Növbəti tədris ilindən "Zəfər tarixi" kursu tədris olunacaq

Bakı. Çingiz Səfərli - Trend:

2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin IX siniflərində "Zəfər tarixi" kursunun tədrisinə başlanılacaq.

Trend xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, "Zəfər tarixi" kursu tədris dilindən asılı olmayaraq, bütün IX siniflərdə dövlət dilində - Azərbaycan dilində 1 saat tədris olunacaq.

Twitter:@cingizsafarli

Xəbər lenti

Xəbər lenti