...

Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

Cəmiyyət Materials 28 Sentyabr 2021 16:10 (UTC +04:00)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Goranboy rayonunda yerləşən xurma bağlarında aparılan monitorinqlər nəticəsində meyvə ağaclarında müxtəlif zərərvericilərlə sirayətlənmə hallarına rast gəlinib.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, agentliyin fitosanitar müfəttişləri tərəfindən aparılan monitorinqlər çərçivəsində aşkar edilmiş zərərli orqanizmlər haqqında təsərrüfat sahibləri geniş məlumatlandırılıb.

Onlara qarşı müvafiq bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tövsiyələr verilib.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti