...

Xaçmaz rayonunda vətəndaşların onlayn formatda qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2021 14:15 (UTC +04:00)
Xaçmaz rayonunda vətəndaşların onlayn formatda qəbulu keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev videoformatda növbəti dəfə vətəndaşların müraciətini dinləyib. Fərdi qaydada keçirilən onlayn qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və təyinatının dəyişdirilməsi, məktəb tikintisi, kəndlərarası yolun təmiri, qaz işıq və su ilə təchizatın yaxşılaşdırılması, eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti