...

Paytaxt məktəblərində diaqnostik qiymətləndirmə başa çatıb

Cəmiyyət Materials 13 Oktyabr 2021 16:09 (UTC +04:00)
Paytaxt məktəblərində diaqnostik qiymətləndirmə başa çatıb

Bakı. Çingiz Səfərli - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən II-IX siniflər üzrə keçirilən ikigünlük diaqnostik qiymətləndirmə başa çatıb.

BŞTİ-dən Trend-ə verilən məlumata görə, paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələri şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 13 100 şagird iştirak edib.

Şagirdlərə ibtidai siniflər üzrə 20, V siniflər üzrə 30, VI siniflər üzrə 40, VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.

Riyaziyyat, xarici dil və tədris dili üzrə ibtidai siniflər 40, V siniflər 60, VI siniflər 80, VII siniflər 90, VIII-IX siniflər isə 120 dəqiqə vaxt ərzində sualları cavablandırıblar.

Qeyd edək ki, diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti