...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 17 Oktyabr 2021 18:11 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 462 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 500 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 194 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 151, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 281 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti