...

Abşeronda şəhid Rəşad Mehdiyevin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2021 17:13 (UTC +04:00)
Abşeronda şəhid Rəşad Mehdiyevin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)

Bakı. Trend:

Xırdalan şəhərində şəhid əsgər Mehdiyev Rəşad Rəhman oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.

Açılışda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş-səngər yoldaşları, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib. Şəhidlərin xatirəsinin əbədiləşdirmək istiqamətində rayon ərazisində bir sıra tədbirlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova deyib ki, vətənin bütövlüyü uğrunda canından keçən igid oğullarımızın adları küçələrə verilib və həmin küçələr abadlaşdırılıb.

Sonra Ü.Mehdiyev çıxış edərək şəhidin döyüş yolundan və xatirələrdən danışıb.

Daha sonra Rəşad Mehdiyevin il mərasimi ilə əlaqədar qurulan çadırda qəhrəmanımızın ruhuna dualar oxunub.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəşad Mehdiyevin ailə üzvləri də ölkədə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti